Rusiya Premyer Liqasında 19-cu turun daha 4 oyunu keçirilib. 4 oyundan sonra qələbə qazanan ÇSKA turnir cədvəlində bir pillə irəliləyib. “Lokomotiv” futbolçuları isə bu dəfə də meydanı xalsız tərk ediblər.
Son 4 oyunda qələbə qazanan bilməyən ÇSKA nəhayət azarkeşlərini sevindirib. “Hərbiçilər” 19-cu turda səfərdə “Rostov”a qalib gəlib. Qonaqlar artıq 2-ci dəqiqədə hesabı açıblar. Fyodr Çalov cərimə meydançasının xətti üzərindən qapını dəqiq nişan alıb. Çalov növbəti dəfə 57-ci dəqiqədə fərqlənib. Görüşün sonlarında daha bir dəfə rəqib qapısına yol tapan Fyord Çalov het-trik edib. İkinci hissəyə əlavə olunan birinci dəqiqədə Aleksey Kozlov hesab arasındakı fərqi azaltsa da, bu yalnız komandası üçün təsəlli olub: “Rostov”- ÇSKA 1-3.
“Lokomotiv” ardıcıl ikinci görüşdə uduzub. “Dəmiryolçular” bu dəfə “Ximki”yə məğlub olublar. Hesab 15-ci dəqiqədə açılıb. Qjeqoj Krıxovyak “Lokomotiv”i hesabda irəli çıxarıb. Hissənin orlaraında meydan sahibləri bərabərliyi təmin ediblər. 37-ci dəqiqədə “Lokomotiv” Murilo Serkeyra yenidən hesabı xeyrinə dəyişib. Fasilədən sonra hücumlarının kəsərini “Ximki” futbolçuları görüşün sonlarında istəklərinıə nail olublar. Əvvəlcə 85-ci dəqiqədə İlya Kuxarçuk komandasını ümidləndirib. Əlavə olunan 3-cü dəqiqədə isə Aleksandr Dolqov qələbə qolunun müəllifi olub. 3-2
“Krasnodar” –“Ufa” matçının taleyini bir qol həll edib. Meydan sahiblərinin heyətində Markus Berq fərqlənərək “Krasnodar”a 3 xal qazandırıb.
“Axmat” – “Kazan” görüşündə isə qapılara qol vurulmayıb. 19 turdan sonra “Zenit” 41 xalla liderdir. 37 xalı olan ÇSKA ikinci pilləyə yüksəlib. İlk 3-lüyü 35 xalla “Spartak” tamamlayır.